İngiltərə-Danimarka oyununun ən yaxşı futbolçusu bəlli oldu

İngiltərə-Danimarka oyununun ən yaxşı futbolçusu bəlli oldu Futbol üzrə Avropa çempionatının ikinci yarımfinal mərhələsində baş tutan İngiltərə və Danimarka oyununun ən yaxşı futbolçusu məlum olub.
Futbol
8 İyul , 2021 03:06
İngiltərə-Danimarka oyununun ən yaxşı futbolçusu bəlli oldu

Futbol üzrə Avropa çempionatının ikinci yarımfinal mərhələsində baş tutan İngiltərə və Danimarka oyununun ən yaxşı futbolçusu məlum olub.

“Report” xəbər verir ki, matçın ən yaxşı oyunçusu İngiltərə millisinin futbolçusu Harri Keyn seçilib.

Harri Keyn matçın 114-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Qapıçı Kasper Şmayxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını hesabda irəli çıxarıb.

Görüşdə 2:1 hesabı ilə qalib gələn İngiltərə milli komandası Avropa çempionatları tarixində ilk dəfə finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi