İngiltərə çempionatının oyunları sükutla başlayacaq

İngiltərə çempionatının oyunları sükutla başlayacaq Futbolçular Şahzadə Filipin vəfatı ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar
Futbol
9 aprel 2021 13:55
İngiltərə çempionatının oyunları sükutla başlayacaq

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, futbolçular Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, Şahzadə Filipin vəfatı ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar.

Premyer Liqanın XXXI turu bu gün oynanılacaq "Fulhem" - "Vulverhempton" görüşü ilə başlayacaq.

Qeyd edək ki, Filip bu gün səhər saatlarında 99 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi