İngilis azarkeşlər "Real Madrid"in avtobusuna tüstü bombaları atıb

İngilis azarkeşlər "Real Madrid"in avtobusuna tüstü bombaları atıb UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan öncə xoşagəlməz hadisə baş verib
Futbol
205
5 May , 2021 23:59
İngilis azarkeşlər Real Madridin avtobusuna tüstü bombaları atıb

İngiltərədə "Çelsi" ilə İspaniyanın "Real Madrid" komandası arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan öncə xoşagəlməz hadisə baş verib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, yerli azarkeşlər qonaq komandanı daşıyan avtobusa hücum ediblər.

Rəqib futbolçuları matçın keçirildiyi "Stemford Bric" stadionunun yaxınlığında fişənglərlə qarşılayan fanatlar daha sonra nəqliyyat vasitəsinə tərəf bir neçə tüstü bombası atıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

"Real Madrid" daha əvvəl də İngiltərədə analoji hadisə ilə üzləşib. "Liverpul"a qarşı 1/4 final mərhələsinin oyunundan əvvəl Mersisayd təmsilçisinin azarkeşləri "kral klubu"nun avtobusuna daş və şüşə qırıqları ilə hücum çəkmişdi.

Qeyd edək ki, "Çelsi" - "Real Madrid" görüşündə ilk hissədən sonra hesab London klubunun xeyrinədir - 1:0. Madriddəki ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi