FIFA prezidenti dünya çempionatının yeni formatda təşkilinin üstünlüklərini izah edib

FIFA prezidenti dünya çempionatının yeni formatda təşkilinin üstünlüklərini izah edib FIFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsinin üstünlüklərinin nədən ibarət olduğunu izah edib.
Futbol
19 Oktyabr , 2021 10:06
FIFA prezidenti dünya çempionatının yeni formatda təşkilinin üstünlüklərini izah edib
Canni İnfantino

FIFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsinin üstünlüklərini izah edib.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 51 yaşlı funksioner mundialın daha yüksək səviyyəli yarış olduğunu vurğulayıb.

Onun sözlərin görə, bu ideya dünyaya daha böyük ümidlər və sensasiyalar bəxş etmək imkanı verir: "Yarışın hər 4 ildən bir keçirilməsinə qərar verilərkən cəmi 40 ölkə var idisə, indi onların sayı 211-dir. Bir çempionatın keçirilməsinə 5 ölkənin ərizə verəcəyi barədə söhbətlər gedir. Bu yarışın hər il təşkilindən danışsaq, 20 il ərzində təşkilatçı qismində 100 ölkə ola bilər".

Qeyd edək ki, daha əvvəl dünya çempionatının iki ildən bir keçirilmə ideyasını FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Vengerin bütün milli komandaların baş məşqçiləri ilə müzakirə edəcəyi məlum olub.

Xatırladaq ki, növbəti mundial 2022-ci il 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi