İlin 5 ayı ərzində beynəlxalq arenada ən çox qol vurmuş futbolçu açıqlanıb

İlin 5 ayı ərzində beynəlxalq arenada ən çox qol vurmuş futbolçu açıqlanıb 2022-ci ilin ilk beş ayı beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular bəlli olub.
Futbol
1 İyun , 2022 11:45
İlin 5 ayı ərzində beynəlxalq arenada ən çox qol vurmuş futbolçu açıqlanıb

2022-ci ilin ilk beş ayı ərzində beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Fransa millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema başçılıq edir.

35 yaşlı hücumçu bu müddət ərzində 10 qola imza atıb. Benzema bütün qollarını UEFA Çempionlar Liqasında vurub.

Meksikanın "Pumas UNAM" klubundan argentinalı Xuan Dinenno və Braziliya "Palmeyras"ından Rafael Veyqa 9 qolla 2-3-cü yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi