İki klub azarkeşlərə görə Fransa Kubokundan kənarlaşdırılıb
İki klub azarkeşlərə görə Fransa Kubokundan kənarlaşdırılıbFransa Futbol Federasiyasının İntizam Komitəsi "Paris" və "Lion" komandaları arasında yarımçıq dayandırılmış ölkə kubokunun 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.
Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Paris" və "Lion" komandaları arasında yarımçıq dayandırılmış ölkə kubokunun 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki komanda texniki məğlubiyyət alaraq, kubok yarışından kənarlaşdırılıblar. Bu üzdən "Nitsa" birbaşa 1/8 finala vəsiqə qazanıb.
Bundan başqa, "Lion" 52 000 avro cərimələnib, azarkeşlərə cari mövsümün sonunadək komandanın səfər oyunlarında iştirak etmək qadağası qoyulub. Eyni zamanda, "Lion" gələcəkdə baş verə biləcək analoji hadisəyə görə 2022/2023 mövsümündə də Fransa Kubokdan kənarda qala bilər.
"Paris" klubu isə 10 000 avro ziyana düşüb. Aşağı liqa təmsilçisi qarşıdakı 5 ev oyununu doğma "Şarleti" stadionunda keçirə bilməyəcək.
Qeyd edək ki, "Paris" - "Lion" matçı azarkeşlər arasında kütləvi dava səbəbindən yarımçıq dayandırılıb.
This weekend’s Coupe de France action has begun with Lyon fans attacking Paris FC fans. French football & violence are unfortunately the best of bedfellows this season. pic.twitter.com/lme5o0pINB