İdman direktoru: "Emrelinin məsələsini sərfəli şəkildə həll etmək olar"

İdman direktoru: "Emrelinin məsələsini sərfəli şəkildə həll etmək olar" Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bir neçə təklif alıb.
Futbol
27 Yanvar , 2022 00:44
İdman direktoru: Emrelinin məsələsini sərfəli şəkildə həll etmək olar

Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bir neçə təklif alıb.

"Report" "sport.tvp.pl" saytına istinadən xəbər verir ki, bunların heç biri Varşava təmsilçisini qane etməyib.

Yerli mətbuat Türkiyə "Başakşehir"inin 25 yaşlı hücumçu üçün 750 000 avro ödəməyə hazır olması ilə bağlı yayılan məlumatı da təsdiqləyib. Lakin paytaxt klubu aparıcı oyunçusunu buraxmaq üçün ən azı 2 000 000 avro tələb edir.

"Legiya"nın idman direktoru Yatsek Zelinski bildirib ki, bu məsələni açıq şəkildə şərh etmək çətindir: "Çünki bir cümlə oyunçuya və ya kluba zərər verə bilər. Məsələni daha sərfəli şəkildə həll etmək olar. Maraqlı tərəflər üçün ən yaxşısı da məhz budur".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Son xəbərlər

Orphus sistemi