İbrahimoviç: "Milan"da həm prezident, həm futbolçu, həm də baş məşqçiyəm"

İbrahimoviç: "Milan"da həm prezident, həm futbolçu, həm də baş məşqçiyəm" "Mən ulduzam, bu, sirr deyil. Yaş isə sadəcə rəqəmdir".
Futbol
409
8 İyul , 2020 10:42
İbrahimoviç: Milanda həm prezident, həm futbolçu, həm də baş məşqçiyəm
Zlatan İbrahimoviç

"Mən ulduzam. Bu, sirr deyil. Yaş isə sadəcə, rəqəmdir".

"Report"un məlumatına görə, bunu "Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının XXXI turunun "Yuventus"la ev oyunundan sonra "Football Italia" nəşrinə açıqlamasında deyib.

Turin klubu üzərində 4:2 hesablı əzmkar qələbəni şərh edən isveçli hücumçu özünü tərifləyib: "Yaxşı işləyir, özümü yaxşı hiss edirəm. Bu gün əvvəlki qarşılaşma ilə müqayisədə daha çox oynadım, komandama kömək etməyə çalışıram. Görək, növbəti mövsümdə də "Milan"da çıxış edəcəyəmmi"?

39 yaşlı forvard klubda 3 vəzifəni yerinə yetirdiyini bildirib: "Həm prezident, həm oyunçu, həm də baş məşqçiyəm. Yeganə mənfisi odur ki, yalnız oynadığıma görə pul ödəyirlər. Mövsümün startından burada olsaydım, çempionluğu da qazanardıq".

Qeyd edək ki, Zlatan İbrahimoviç dünənki matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi