İbrahimoviç kollektiv məşqləri bərpa etdi

İbrahimoviç kollektiv məşqləri bərpa etdi İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç ümumi qrupda məşqləri bərpa edib.
Futbol
14 Sentyabr , 2020 14:54
İbrahimoviç kollektiv məşqləri bərpa etdi
Zlatan İbrahimoviç

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç ümumi qrupda məşqləri bərpa edib.

"Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 38 yaşlı hücumçu İrlandiya "Şemrok Rovers"i ilə Avropa Liqasının II təsnifat mərhələsinin oyununda iştirak edə biləcək. Bu görüş sentyabrın 17-də səfərdə keçiriləcək. 

Qeyd edək ki, Zlatan İbrahimoviç son bir neçə gündə fərdi proqram üzrə çalışıb. İsveçli forvard ayağındakı zədə üzündən "Viçentsa" və "Breşiya" ilə oyunları buraxıb.

Son xəbərlər

Orphus sistemi