İbrahimoviç dubl etdi, "Milan" "Roma"nı uda bilmədi

İbrahimoviç dubl etdi, "Milan" "Roma"nı uda bilmədi İtaliya A Seriyasında V turun son görüşü "Milan" və "Roma" komandaları arasında keçirilib.
Futbol
1391
27 Oktyabr , 2020 01:41
İbrahimoviç dubl etdi, Milan Romanı uda bilmədi

İtaliya A Seriyasında V turun son görüşü "Milan" və "Roma" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş görüş məhsuldar heç-heçə ilə yekunlaşıb - 3:3.

Hesabı 2-ci dəqiqədə meydan sahiblərindən Zlatan İbrahimoviç açıb. 14-cü dəqiqədə Edin Ceko qonaq komandanın bərabərlik qolunu vurub. 47-ci dəqiqədə Aleksis Salemakers "qırmızı-qaralar"ı yenidən önə çıxarıb. Lakin bu qola 72-ci dəqiqədə Jordan Veretu penalti ilə cavab verib. 80-ci dəqiqədə İbrahimoviç penaltini dəqiq yerinə yetirərək, özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub. Bununla belə, 84-cü dəqiqədə Maraş Kumbulla yekun nəticəni müəyyənləşdirib.

Heç-heçəyə rəğmən, xalını 13-ə çatdıran "Milan" liderliyini qoruyub. "Roma" isə 8 xalla 9-cu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi