İTV-dən futbol həvəskarlarına "Evdə qol" çempionatı

İTV-dən futbol həvəskarlarına "Evdə qol" çempionatı İctimai Televiziya və Radio Yayımları Şirkəti futbol həftəsinə start verir.
Futbol
27 aprel 2020 14:49
İTV-dən futbol həvəskarlarına Evdə qol çempionatı

İctimai Televiziya və Radio Yayımları Şirkəti futbol həftəsinə start verir.

Telekanaldan "Report"a verilən məlumata görə, pandemiya səbəbilə bütün dünyada çempionatların təxirə salındığı dövrdə İctimai Televiziya "Evdə qol" adlı virtual futbol layihəsinə başlayır.

"Evdə qol" kiberfutbol turnirində aprelin 27-dən mayın 3-nə qədər - bir həftə ərzində sevilən idmançılarımız virtual mübarizə aparacaqlar.

Peşəkar aparıcı Tural Dadaşovun şərhi isə qarşılaşmalara əlavə həyəcan qatacaq.

Virtual futbolun 1/4 final mərhələsində Rövşən Hüseynli - Ayxan Tağızadə, Tofiq Musayev - Cavid Hüseynov, Ramil Şeydayev - Hidayət Heydərov, Hacı Əliyev – Alfonso Dominges üz-üzə gələcəklər.

Qeyd edək ki, ilk qarşılaşma 27 aprel saat 20:15-də Rövşən Hüseynli və Ayxan Tağızadə arasında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi