“Roma” klubu "Qarabağ"la oyun üçün biletləri satışa çıxarıb

“Roma” klubu "Qarabağ"la oyun üçün biletləri satışa çıxarıb Ağdam klubu ilə görüş üçün biletlərin qiyməti 30 – 95 avro təşkil edir
Futbol
29 Avqust , 2017 15:22
“Roma” klubu Qarabağla oyun üçün biletləri satışa çıxarıb

Bakı. 29 avqust. REPORT.AZ/ İtaliyanın “Roma” klubu Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunları üçün biletləri rəsmi saytı vasitəsi ilə satışa çıxarıb.

“Report” xəbər verir ki, azarkeşlər onlayn şəkildə bəzi sektorlar üçün nəzərdə tutulan biletləri əldə edə bilərlər.

“Roma”nın senyabrın 12-də İspaniya təmsilçisi “Atletiko” və İngiltərə çempionu “Çelsi”yə qarşı keçirəcəyi matçlara biletlərin qiyməti 40 – 115 avro aralığında dəyişir.

Dekabrın 5-də “Qarabağ”la görüş üçün biletlərin qiyməti isə nisbətən ucuzdur: 30 – 95 avro.

Qeyd edək ki, “Roma” ev oyunlarını 70,634 nəfərlik Olimpiya stadionunda keçirir.

Son xəbərlər

Orphus sistemi