Bakı. 29 aprel. REPORT.AZ/ İtaliyanın "Milan" klubu 2015-ci maliyyə ilini 89,3 milyon avro zərərlə başa vurub. "Report"un məlumatına görə, bu barədə klub rəhbərliyi səhmdarlarla görüşdə bəyan edib.
Bütün xərcləri "Fininvest Holding"in bağlayacağı açıqlanıb.
"Milan" ötən yay transferlərə 80 milyon avro xərcləyib. A Seriyasında sona 3 tur qalmış "rossonyerlər" 53 xalla 6-cı pillədədir.