İtaliyanın "İnter" klubuna yeni baş məşqçi təyin edilib

İtaliyanın "İnter" klubuna yeni baş məşqçi təyin edilib Stefano Pioli ilə 2018-ci il iyunun 30-dək razılaşma əldə edilib
Futbol
8 Noyabr , 2016 20:57
İtaliyanın İnter klubuna yeni baş məşqçi təyin edilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Milanın "İnter" klubuna yeni baş məşqçi təyin edilib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Stefani Pioli ilə 2018-ci il iyunun 30-dək razılaşma əldə edilib.

Ona Cakomo Murelli, Davide Lukarelli və fiziki hazırlıq üzrə məşqçilər Matteo Osti və Françüsko Perondi yardımçı olacaqlar

Qeyd edək ki, S.Pioli son vaxtlar "Latsio"da işləyib və bu ilin aprelində "Roma"ya 1:4 hesablı məğlubiyyətdən sonra komandanı tərk edib. 

Son xəbərlər

Orphus sistemi