İtaliyanın "Cenoa" klubunun baş məşqçisi il ərzində ikinci dəfə vəzifəsindən qovulub

İtaliyanın "Cenoa" klubunun baş məşqçisi il ərzində ikinci dəfə vəzifəsindən qovulub Bu, 12-ci turda "Sampdoriya"ya məğlubiyyətdən sonra baş verib
Futbol
6 Noyabr , 2017 08:00
İtaliyanın Cenoa klubunun baş məşqçisi il ərzində ikinci dəfə vəzifəsindən qovulub

Bakı. 6 noyabr. REPORT.AZ/ İtaliyanın "Cenoa" klubunun baş məşqçisi İvan Yuriç 2017-ci il ərzində tutduğu vəzifədən ikinci dəfə istefaya göndərilib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda rəhbərliyi A Seriyasının 12-ci turunda "Sampdoriya"ya məğlubiyyətdən sonra bu qərara gəlib.

Yuriç "Cenoa"nın baş məşqçisi vəzifəsində cari ilin 20 fevral tarixində qovulub. Lakin aprel ayının 10-da xorvat məşqçi yenidən komandaya gətirilib.

Son xəbərlər

Orphus sistemi