İtaliyanın 2 nəhəng klubu arasında oyunçu yerdəyişməsi baş verib

İtaliyanın 2 nəhəng klubu arasında oyunçu yerdəyişməsi baş verib "Yuventus" 30 yaşlı müdafiəçisinin əvəzinə "Milan"dan 6 yaş gəncini alıb
Futbol
20 İyul , 2017 17:02
İtaliyanın 2 nəhəng klubu arasında oyunçu yerdəyişməsi baş verib

Bakı. 20 iyul. REPORT.AZ/ İtaliyanın "Yuventus" və "Milan" klubları arasında futbolçu yerdəyişməsi baş verib. "Report"un məlumatına görə, 24 yaşlı müdafiəçi Mattia De Şilyo "Yuventus"a keçib.

İtaliya millisinin müdafiəçisi ilə 2022-ci ilin yayınadək müqavilə bağlanılıb. Bu transferdən ötrü "Milan"a qarşıdakı 3 il ərzində 12 milyon avro ödəniləcək. Anlaşmanın qüvvədə olduğu müddətdə bu məbləğ müxtəlif bonuslar hesabına 500 min avroyadək yüksələ bilər.

Əvəzində "Yuventus"un müdafiəçisi Leonardo Bonuççi "Milan"la 2022-ci ilədək müqavilə bağlayıb. 30 yaşlı oyunçu bunadək 7 il Turin komandasının formasını geyinib.  

Son xəbərlər

Orphus sistemi