İtaliyanın 105 illik tarixə malik "Modena" futbol klubu müflis olub

İtaliyanın 105 illik tarixə malik "Modena" futbol klubu müflis olub Hazırda komanda İtaliyanın III divizionunda çıxış edir
Futbol
6 Noyabr , 2017 01:50
İtaliyanın 105 illik tarixə malik Modena futbol klubu müflis olub

Bakı. 6 noyabr. REPORT.AZ/ İtaliyanın "Modena" futbol klubu müflis elan edilib.

“Report” "Football Italia"ya istinadən xəbər verir ki, hazırda komanda İtaliyanın III divizionunda çıxış edir.

Kollektiv C Seriyasının 2017/18-ci illər mövsümünün startında ardıcıl olaraq 9 dəfə məğlubiyyətə uğrayıb. Onlardan üçü futbolçuların aylıq əmək haqlarının verilməməsinə görə meydana çıxmaması səbəbindən texniki məğlubiyyət olub.

İtaliya çempionatının reqlamentinə görə, klub mövsümdə dördüncü dəfə texniki məğlubiyyət alarsa, o, turnirdən kənarlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi