İtaliyalı qapıçının "Qarabağ"a keçidi baş tutmayıb

İtaliyalı qapıçının "Qarabağ"a keçidi baş tutmayıb İtaliyanın Udineze klubunda çıxış edən qapıçı Simone Skuffetin Qarabağa keçidi baş tutmayıb.
Futbol
26 İyul , 2019 11:52
İtaliyalı qapıçının Qarabağa keçidi baş tutmayıb

İtaliyanın "Udineze" klubunda çıxış edən qapıçı Simone Skuffetin "Qarabağ"a keçidi baş tutmayıb. 

"Report" "Udineseblog.it" saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 23 yaşlı qolkiperi sonradan birdəfəlik əldə edə bilməsi şərt ilə icarəyə götürmək üçün qarşı tərəfə 500 min avro təklif edib. Lakin İtaliya klubu bu məbləğlə razılaşmayıb. 

Qeyd edək ki, müqavilə ilə "Udineze"yə məxsus olan Simone Skuffet icarə əsasında ölkəsinin "Komo" və Türkiyənin "Kasımpaşa" klununun formasını geyinib. O, İtaliya millisinin U-17, U-18, U-19 və U-21 komandalarının da şərəfini qoruyub. 

Son xəbərlər

Orphus sistemi