İtaliyada klub prezidentinə qarşı araşdırma başlandı

İtaliyada klub prezidentinə qarşı araşdırma başlandı İtaliya Futbol Federasiyası (FIGC) Latsio klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.
Futbol
173
24 May , 2020 17:28
İtaliyada klub prezidentinə qarşı araşdırma başlandı
Klaudio Lotito / Klaudio Lotito

İtaliya Futbol Federasiyası (FIGC) "Latsio" klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.

"Report"un "Il Tempo"ya istinadən məlumatına görə, buna 63 yaşlı mütəxəssisin martın 8-də keçirilmiş "Yuventus" - "İnter" matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub. Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.

FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu müvafiq sanksiya gözləyir.

Qeyd edək ki, "Latsio" A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Yuventus"un isə 63 xalı var. 

Son xəbərlər

Orphus sistemi