​İtaliyada danışılmış futbol oyunları ilə bağlı 50 nəfər tutulub

​İtaliyada danışılmış futbol oyunları ilə bağlı 50 nəfər tutulub Saxlanılanlar arasında futbolçu və klub rəsmiləri də var
Futbol
21 May , 2015 01:51
​İtaliyada danışılmış futbol oyunları ilə bağlı 50 nəfər tutulub

Bakı. 21 may. REPORT.AZ/ İtaliyanın hüquq-mühafizə orqanları ölkə futbolunda danışılmış oyunların təşkilində şübhəli bilinən 50 nəfəri həbs edib.

"Report"un məlumatına görə, saxlanılanlar arasında ölkənin 3-cü və 4-cü diviziyalarında çıxış edən 30 klubun futbolçu və rəsmiləri də var.

Bundan əlavə, bir polis əməkdaşının da şübhəli şəxslərdən olduğu bildirilir. Ümumilikdə Katandzaro şəhər prokurorluğunun apardığı istintaqa 70 nəfər cəlb olunub. Onlardan bəzilərinin mafioz təşkilatlarla, o cümlədən, "Ndrangheta" cinayətkar qruplaşması ilə əlaqədə olduqları açıqlanıb.

Qeyd edək ki, kütləvi həbslər onlarla futbol matçının yoxlanılması nəticəsində baş verib. 2011-ci ildən polis 100-dən çox insana iş açıb.

Son xəbərlər

Orphus sistemi