İtaliya yığmasının baş məşqçisi istefa verməsinə dair xəbərləri təkzib edib - YENİLƏNİB

İtaliya yığmasının baş məşqçisi istefa verməsinə dair xəbərləri təkzib edib - YENİLƏNİB Ventura: "Mən istefa verməmişəm, çünki Federasiya prezidenti ilə hələ danışmamışam"
Futbol
14 Noyabr , 2017 04:43
İtaliya yığmasının baş məşqçisi istefa verməsinə dair xəbərləri təkzib edib - YENİLƏNİB

Bakı. 14 noyabr. REPORT.AZ/ İsveç komandası ilə "play-off" oyunundan sonra (0:0) mətbuat konfransına gecikən futbol üzrə İtaliya yığma komandasının baş məşqçisi Can Pyero Ventura bir sıra yerli mənbələrin onun istefa verməsi barədə yaydığı xəbərləri təkzib edib.

“Report” "Football Italia" nəşrinə istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında komandanı 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına çıxara bilmədiyi üçün üzr istəyib.

"Mən istefa verməmişəm, çünki Federasiya prezidenti ilə hələ danışmamışam. Çox təəssüf edirəm ki, gecikdim, çünki birgə işləmək şərəfinə nail olduğum oyunçuları şəxsən alqışlamaq istədim. Bu, çox ağır nəticədir, çünki mən tamamilə əmin idim....bugünkü oyun da təsdiq etdi ki, biz bütün maneələri dəf etmək istəyirdik. Mən uzun illərdir futboldayam və bunun nə olduğunu bilirəm", - deyə o bildirib.

Baş məşqçi nəticəyə görə üzr istəyib:

"Nəticəyə görə üzr istəyirəm. İstefama gəldikdə isə, hazırda bunu burda müzakirə etməyin yeri deyil. Mən İtaliya Futbol Federasiyasının prezidenti ilə görüşəcəyəm, biz vəziyyəti müzakirə edəcəyik. Görüşün yekununda çıxarılacaq istənilən qərarı qəbul edəcəyəm".


***03:19

Bakı. 14 noyabr. REPORT.AZ/ Can Pyero Ventura futbol üzrə İtaliya milli komandasının baş məşqçisi postundan istefa verib.

"Report"un "Tuttomercatoweb" və digər yerli saytlara istinadən verdiyi məlumata görə, 69 yaşlı mütəxəssis bu addımı İsveçlə 0:0 hesablı heç-heçə edərək, 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədikləri "play-off" mərhələsinin cavab görüşündən sonra atıb.

Ventura oyunun ardından telekanala açıqlama verməyib. Daha sonra o, mətbuat konfransına gəlməyib. Baş məşqçinin artıq İtaliya Futbol Federasiyası rəhbərliyini getmək istəyi barədə məlumatlandırdığı bildirilir. Tezliklə rəsmi qərarın açıqlanacağı gözlənilir.

Qeyd edək ki, İtaliya millisi səfərdə 0:1 hesabı ilə uduzduğu İsveçə evdə qalib gələ bilməyib - 0:0.

Son xəbərlər

Orphus sistemi