İtaliya Kubokunda əlavə vaxt ləğv edildi

İtaliya Kubokunda əlavə vaxt ləğv edildi Futbol üzrə İtaliya Kubokunun təşkilatçıları turnirin yarımfinal və final oyunlarında əlavə vaxtdan imtina etmək qərarına gəlib.
Futbol
10 İyun , 2020 17:22
İtaliya Kubokunda əlavə vaxt ləğv edildi

Futbol üzrə İtaliya Kubokunun təşkilatçıları turnirin yarımfinal və final oyunlarında əlavə vaxtdan imtina etmək qərarına gəlib. 

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, kubok matçlarında əsas hissə bitdikdən sonra qalib bilinməsə, komandalar dərhal penaltilər seriyasına keçəcəklər. 

Yarımfinal görüşləri 12-13 iyunda olacaq. İlk matçda "Milan" və "Yuventus", ikinci qarşılaşmada isə "Napoli" ilə "İnter" komandaları finala yüksəlmək üçün mübarizə aparacaqlar. 

Final iyunun 17-də baş tutacaq. 

İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi