"Napoli" İtaliya Kubokunun finalına çıxdı

"Napoli" İtaliya Kubokunun finalına çıxdı Neapolun San-Paolo stadionunda İtaliya Kuboku yarımfinalının “Napoli” və “İnter” komandaları arasında cavab matçı olub.
Futbol
296
14 İyun , 2020 01:34
Napoli İtaliya Kubokunun finalına çıxdı

Neapolun "San-Paolo" stadionunda İtaliya Kuboku yarımfinalının “Napoli” və “İnter” komandaları arasında cavab matçı olub.

“Report” xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı “İnter”in yarımmüdafiəçisi Kristian Eriksen açıb. O, ikinci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. Lakin “Napoli”nin hücumçusu Dris Mertens fasiləyə qədər hesabı bərabərləşdirib.

İtaliya Kubokunun 2/1 finalının fevralın 12-də Milanda keçirilən birinci görüşündə “Napoli” 1:0 hesablı qələbə qazanıb.

Bununla da "Napoli" yarışın finalına çıxıb. Komanda həlledici görüşdə Turin "Yuventus"u ilə üz-üzə gələcək. Həlledici matç iyunun 17-də Romanın "Olimpiko" stadionunda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi