İtaliya klubuna bu mövsüm üçüncü dəfə baş məşqçi təyin olunub

İtaliya klubuna bu mövsüm üçüncü dəfə baş məşqçi təyin olunub "Palermo" Dieqo Lopeslə anlaşıb
Futbol
27 Yanvar , 2017 09:17
İtaliya klubuna bu mövsüm üçüncü dəfə baş məşqçi təyin olunub

Bakı. 27 yanvar. REPORT.AZ/ İtaliyanın "Palermo" futbol komandasına yeni baş məşqçi təyin olunub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Dieqo Lopesdir. Uruqvaylı mütəxəssislə 2018-ci ilin iyununadək müqavilə bağlanılıb. Lopes komandada bu mövsüm dördüncü baş məşqçi olub. O, A Seriyasının XXI turunda "İnter"ə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra istefaya göndərilmiş Eucenio Korinini əvəzləyib. Öz növbəsində Korini 2016-cı il noyabrın 30-da Roberto de Tserbini, Tserbi isə bundan 7 həftə əvvəl Davide Ballardinini əvəzləmişdi.

Qeyd edək ki, "Palermo" A Seriyasında 21 turdan sonra 10 xalla 19-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi