İtaliya klubu Balotelli və menecerini məhkəməyə verir

İtaliya klubu Balotelli və menecerini məhkəməyə verir İtaliyanın Breşiya komandası futbolçusu Mario Balotelli və meneceri Mino Rayola ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır.
Futbol
13 İyun , 2020 10:43
İtaliya klubu Balotelli və menecerini məhkəməyə verir

İtaliyanın "Breşiya" komandası futbolçusu Mario Balotelli və meneceri Mino Rayola ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, hər iki şəxsi yalan məlumat yaymaqda ittiham edən A Seriyası təmsilçisi onları məhkəməyə verəcəyini açıqlayıb.

Rayola 30 yaşlı hücumçunun koronavirus pandemiyası ilə bağlı fasilədən sonra komanda ilə birlikdə məşqlərdə iştirak etməməsini onun virus testindən keçirilməməsi ilə əlaqələndirib. İtaliya millisinin üzvü də sonradan məlumatı təsdiqləyib.

Breşiya təmsilçisi isə bu cür məlumatların klubun imicinə zərbə olduğunu düşünür və onlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, Balotelli 2019-cu ilin avqustunda azad agent kimi "Breşiya"ya keçib. O, cari mövsüm 19 oyunda 5 qol vurub.

Son xəbərlər

Orphus sistemi