İtaliya klubu FIFA-dan transferin araşdırılmasını istədi

İtaliya klubu FIFA-dan transferin araşdırılmasını istədi İtaliyanın Sampdoriya klubu FIFA-dan futbolçu Brunu Fernandeşin Portuqaliya Sportinqindən İngiltərə Mançester Yunaytedinə keçidini araşdırmasını istəyib.
Futbol
6 May , 2020 16:03
İtaliya klubu FIFA-dan transferin araşdırılmasını istədi

İtaliyanın "Sampdoriya" klubu FIFA-dan futbolçu Brunu Fernandeşin Portuqaliya "Sportinq"indən İngiltərə "Mançester Yunayted"inə keçidini araşdırmasını istəyib. 

"Report"un "Goal" nəşrinə istinadən verdiyi məlumata görə, klub transfer məbləğinin 10 faizinin (təxminən 4.6 milyon avro) onlara ödənməli olduğunu iddia edib. 

İtaliya təmsilçisinin iddiası yalnız "Sportinq"ə qarşı yönəlib. 

Qeyd edək ki, Brunu Fernandeş "Mançester Yunayted"ə bu ilin əvvəlində keçib. 26 yaşlı yarımmüdafiəçi "Sampdoriya"da 2016/2017 mövsümündə çıxış edib. 

Son xəbərlər

Orphus sistemi