İtaliya klubları futbolçulara maaş verilməsini dondura bilər

İtaliya klubları futbolçulara maaş verilməsini dondura bilər İtaliyanın A və B Seriyası klublarının prezidentləri turnirlərin dayandırıldığı müddətdə futbolçulara maaş verilməsini dondurmaq istəyir.
Futbol
17 Mart , 2020 12:08
İtaliya klubları futbolçulara maaş verilməsini dondura bilər

İtaliyanın A və B Seriyası klublarının prezidentləri turnirlərin dayandırıldığı müddətdə futbolçulara maaş verilməsini dondurmaq istəyir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, onlar bu yolla maliyyə itkilərini minimuma endirmək niyyətindədirlər. Amma İtaliya Futbolçular Assosiasiyasının bu ideyaya qarşı olduğu bildirilir.

Qeyd edək ki, Apennin yarımadasında koronavirus pandemiyasına görə dayandırılan yerli çempionatların mayın 9-dan tez bərpa olunmayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi