İtaliya futbolunun taleyi gələn həftə müəyyənləşəcək

İtaliya futbolunun taleyi gələn həftə müəyyənləşəcək İtaliya A Seriyasının rəhbərliyi gələn həftə təcili iclas keçirəcək.
Futbol
9 May , 2020 12:53
İtaliya futbolunun taleyi gələn həftə müəyyənləşəcək

İtaliya A Seriyasının rəhbərliyi gələn həftə təcili iclas keçirəcək.

"Report"un "Football Italia" nəşrinə istinadən məlumatına görə, mayın 13-də təşkil olunacaq toplantıya klubların nümayəndələri də qatılacaq.

İclasda koronavirus pandemiyasına görə dayandırılan 2019/2020 mövsümünün bərpası, həmçinin televiziya hüquqlarının yayımçılara verilməsinin nüansları müzakirə olunacaq.

Sonuncu toplantıda mövsümün sonadək keçirilməsi və klubların mayın 18-dən məşqlərə başlaması qərara alınıb.

Qeyd edək ki, A Seriyasının oyunları martın 11-də qeyri-müəyyən müddətək təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi