İtaliya çempionatlarının formatı dəyişdirilə bilər

İtaliya çempionatlarının formatı dəyişdirilə bilər İtaliyadakı futbol çempionatlarında reqlament dəyişikliyi ola bilər.
Futbol
11 Mart , 2020 16:13
İtaliya çempionatlarının formatı dəyişdirilə bilər
google.az

İtaliyadakı futbol çempionatlarında reqlament dəyişikliyi ola bilər.

"Report"un məlumatına görə, bu barədə yerli futbol federasiyasının prezidenti Qabriele Qravina ölkə mətbuatına açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, koronavirusa görə aprelin 3-dək təxirə salınan çempionatları başa çatdırmaq mümkün olmasa, yeni sistem tətbiq oluna bilər. Q.Qravina hazırkı sıralamaya əsasən, çempionluq üçün pley-off, aşağı dəstəyə düşməmək üçün isə pley-aut sisteminə keçə biləcəklərini istisna etməyib.

Qeyd edək ki, hazırda İtaliya A Seriyasında turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir. 1 xal az toplayan "Latsio" isə 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi