Bakı. 7 mart. REPORT.AZ/ Futbol üzrə İtaliya B Seriyasının oyunu zamanı oğurluq hadisəsi baş verib.
“Report” xəbər verir ki, XXIX tur çərçivəsində keçirilən “Peruca” – “Breşiya” görüşünün fasiləsində meydan sahiblərinin paltardəyişmə otağında qiymətli əşyalar qarət edilib. Futbolçuların pul qabları, zinət əşyaları, saatları və texnika avadanlıqları oğurlanıb. Oğurlanan ən bahalı əşyanın qiyməti 10 min avro civarında olub.
Qeyd edək ki, oyun “Peruca”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.