İtaliya çempionatı: "Fiorentina" - "İnter" oyununda qapılara 9 qol vurulub - VİDEO

İtaliya çempionatı: "Fiorentina" - "İnter" oyununda qapılara 9 qol vurulub - VİDEO Matçda qaçırılmış bir penalti də var
Futbol
106
23 Aprel , 2017 01:57
İtaliya çempionatı: Fiorentina - İnter oyununda qapılara 9 qol vurulub - VİDEO

Bakı. 23 aprel. REPORT.AZ/ "Fiorentina" futbol üzrə İtaliya çempionatının 33-cü turunun ev oyununda "İnter"i 5:4 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qalib komandanın heyətində Matias Vesino Falero (23 və 64-cü dəqiqə), Davide Astori (62) və Houma Babakar (70, 79) fərqlənib.

Qonaqların qollarını İvan Perişiç (28) və Mauro İkardi (34, 88, 90) vurub. Matçın 52-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Federiko Bernardeski penaltini qola çevirə bilməyib.

"İnter" turnir cədvəlində 56 xal ilə 7-ci, "Fiorentina" isə 52 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi