"Milan" "Leççe"yə böyük hesabla qalib gəlib

"Milan" "Leççe"yə böyük hesabla qalib gəlib Leççe İtaliya çempionatının 27-ci turunun matçında Milana 1:4 hesabı ilə uduzub.
Futbol
142
23 İyun , 2020 00:49
Milan Leççeyə böyük hesabla qalib gəlib

"Leççe" İtaliya çempionatının 27-ci turunun matçında "Milan"a 1:4 hesabı ilə uduzub.

“Report”un məlumatına görə, görüş Leççenin "Via Del Mare" stadionunda olub.

Matçda hesab birinci hissənin ortalarında açılıb - 26-cı dəqiqədə Semuel Kastilexo ilk qolun müəllifi olub. Meydan sahibləri bu qolun əvəzini ikinci hissənin başlanğıcında çıxıblar - 54-cü dəqiqədə Marko Mankozu 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Bundan bir dəqiqə sonra Cakomo Bonaventura "Milan"ı növbəti dəfə hesabda irəli çıxarıb - 2:1. Az sonra Ante Rebiç üçüncü qolu vurub. Qarşılaşmada meydan sahiblərinin sonuncu - dördüncü qolunu Rafael Lea vurub. 

Son xəbərlər

Orphus sistemi