İsveçrəli müdafiəçi Bakıdakı finaldan sonra "Arsenal"la vidalaşıb

İsveçrəli müdafiəçi Bakıdakı finaldan sonra "Arsenal"la vidalaşıb İngiltərə təmsilçisi Arsenalin futbolçusu Stefan Lixtştayner komandadan ayrıldığını açıqlayıb.
Futbol
3 İyun , 2019 19:01
İsveçrəli müdafiəçi Bakıdakı finaldan sonra Arsenalla vidalaşıb

İngiltərə təmsilçisi "Arsenal"in futbolçusu Stefan Lixtştayner komandadan ayrıldığını açıqlayıb. 

"Report" xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi şəxsi "İnstagram" hesabından paylaşım edib.

İsveçrəli oyunçu Bakıdakı Avropa Liqasını qazana bilmədikləri üçün məyus olduğunu bildirib. 

Lixtştayner deyib ki, məqsədləri London təmsilçisini ən yüksək beynəlxalq səviyyəyə qaytarmaq və kubok qazanmaq olub. "Əminəm ki, komanda növbəti mövsüm missiyanı başa vuracaq. Bu klubun bir hissəsi olmaqdan məmnun oldum".

Qeyd edək ki, Stefan Lixtştayner 2018-2019 mövsümünün əvvəlində "Arsenal"a keçib. "Topçular" Avropa Liqasının Bakıdakı finalında Londonun digər klubu "Çelsi"yə 1:4 hesabı ilə uduzub. 

Son xəbərlər

Orphus sistemi