İsveçrə və Xorvatiya milliləri DÇ-2018-ə vəsiqə qazanıb - VİDEO - YENİLƏNİB

İsveçrə və Xorvatiya milliləri DÇ-2018-ə vəsiqə qazanıb - VİDEO - YENİLƏNİB Beləliklə, DÇ-2018-ə vəsiqə qazanmış komandaların sayı 28-ə çatıb
Futbol
1549
13 Noyabr , 2017 01:42
İsveçrə və Xorvatiya milliləri DÇ-2018-ə vəsiqə qazanıb - VİDEO - YENİLƏNİB

Bakı. 13 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinin ilk 2 cavab görüşü keçirilib.

"Report"un məlumatına görə, İsveçrə Şimali İrlandiyanı, Yunanıstan Xorvatiyanı qəbul edib.

Hər iki qarşılaşmada hesab açılmayıb. Bu heç-heçə meydan sahiblərindən birinə uğur, digərinə isə uğursuzluq bəxş edib. İsveçrə ilk görüşdəki minimal hesablı səfər qələbəsi sayəsində mərhələ adlayıb. Yunanıstan isə birinci oyunda Xorvatiyaya 1:4 hesabı ilə uduzduğu üçün mundialdan kənarda qalıb.

Beləliklə, DÇ-2018-ə vəsiqə qazanmış komandaların sayı 28-ə çatıb. Daha əvvəl Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Misir, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunis bu hüquqa yiyələnib. Dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

Qeyd edək ki, Avropa zonası üzrə son 2 vəsiqənin sahibi noyabrın 13-də İtaliya - İsveç və noyabrın 14-də İrlandiya - Danimarka görüşlərindən sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk görüşlərdə İsveç 1:0 hesabı ilə qalib gəlibsə, Danimarkadakı qarşılaşmada qol vurulmayıb.

DÇ-2018

Avropa zonası, pley-off mərhələsi, Cavab oyunları

12 noyabr

21:00. İsveçrə - Şimali İrlandiya - 0:0

İlk oyun - 1:0

23:45. Yunanıstan - Xorvatiya - 0:0

İlk oyun - 1:4


***22:54

Bakı. 12 noyabr. REPORT.AZ/ İsveçrə yığması futbol üzrə 2018-ci il Dünya çempionatına vəsiqə uğrunda keçirilən iki "play-off" matçının yekununda Şimali İrlandiyaya qalib gəlib.

“Report” xəbər verir ki, Bazeldə keçirilən cavab qarşılaşması 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Birinci görüşdə isveçrəlilər 1:0 hesabı ilə qalib gəliblər.

Beləliklə, İsveçrə iki oyunun nəticəsinə görə, Rusiyada təşkil olunacaq Dünya çempionatına vəsiqə qazanıb.

Şimali İrlandiya Azərbaycanın da yer aldığı DÇ seçmə mərhələsinin "C" qrupunda ikinci yeri tutaraq "play-off"da oynamaq şansı qazanmışdı.

Son xəbərlər

Orphus sistemi