Bakı. 2 oktyabr. REPORT.AZ/ İsveçin “Hammarbü” klubunun futbolçusu Kennedi Bakirçioğlu vurduğu qolu pivə içərək qeyd edib.
“Report” xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi İsveç çempionatının XXIV turunda “Göteborq”u 3:0 hesabı ilə məğlub etdikləri görüşün 79-cu dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirdikdən sonra qeyri-adi davranışı ilə diqqət mərkəzinə düşüb.
Oyunda yekun hesabı müəyyənləşdirən Bakirçioğlu qola sevinən zaman azarkeşin tulladığı pivə stəkanını göydə tutaraq bir qurtum içib.