Türkiyənin "Kasımpaşa" klubunun iki üzvü koronavirusa yoluxub.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, həmin şəxslər İstanbul təmsilçisinin futbolçularıdır. Adları açıqlanmayan oyunçuların müalicəsinə başlanılıb.
Qeyd edək ki, daha öncə "Beşiktaş"ın 8 üzvündə, o cümlədən klub prezidenti Ahmet Nur Çebidə koronavirus aşkarlanıb. Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.