İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirilib

İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirilib Matç yarım saat gec başlayacaq
Futbol
24 avqust 2017 08:39
İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirilib

Bakı. 24 avqust. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail – Azərbaycan oyununun vaxtı dəyişdirilib.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyişiklik İsrail Futbol Federasiyasının teleyayımla əlaqədar müraciətinə əsasən olub.

Avqustun 31-də keçiriləcək qarşılaşma əvvəlcədən xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 20:00-da deyil, 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi