Ermənistan Futbol Federasiyasında texniki direktor vəzifəsinə ispaniyalı məşqçi təyin olunub

Ermənistan Futbol Federasiyasında texniki direktor vəzifəsinə ispaniyalı məşqçi təyin olunub Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan Futbol Federasiyasının yeni texniki direktoru vəzifəsinə ispaniyalı mütəxəssis gətirilib.
Futbol
19 Dekabr , 2018 12:27
Ermənistan Futbol Federasiyasında texniki direktor vəzifəsinə ispaniyalı məşqçi təyin olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan Futbol Federasiyasının yeni texniki direktoru vəzifəsinə ispaniyalı mütəxəssis gətirilib.

"Report" xəbər verir ki, bu posta futbol meneceri, məşhur məşqçi Xines Melendes təyin olunub. 68 yaşlı Melendes 2019-cu il yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Xines Melendes futbolçu karyerasına ölkəsinin "Albasete" klubunda başlayıb. 2008-ci ildən UEFA-nın texniki təlimatçısı olan Melendes 2011 - 2018-ci illərdə İspaniya Futbol Federasiyasnın texniki direktoru və milli komandaların koordinatoru olub. O, İspaniyanın müxtəlif yaş qruplarından ibarət futbol komandalarında da baş məşqçi vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi