İspaniya yığmasının və “Barselona”nın sabiq qapıçısı karyerasını başa vurub

İspaniya yığmasının və “Barselona”nın sabiq qapıçısı karyerasını başa vurub O, fəaliyyətini televiziyada davam etdirəcək
Futbol
17 Avqust , 2017 16:39
İspaniya yığmasının və “Barselona”nın sabiq qapıçısı karyerasını başa vurub

Bakı. 17 avqust. REPORT.AZ/ İspaniya milli komandasının və “Barselona” klubunun sabiq futbolçusu Viktor Valdes karyerasını başa vurub.

“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 35 yaşlı qapıçı “Las Palmas”, “Betis” və “Deportivo” kimi klublardan təklif almağına rəğmən, getməyə qərar verib. Onun fəaliyyətini televiziyada davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, V.Valdes 2002 - 2014-cü illərdə “Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionatının qızıl medallarını qazanıb, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə klublararası dünya çempionatının qalibi olub. İspaniya yığması ilə Avropa çempionu olan qolkiper “Barselona”dan sonra İngiltərənin “Mançester Yunayted” və “Midlsbro”, eləcə də Belçika “Standard”ının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi