İspaniya millisinin futbolçusu "Qarabağ"a qarşı oynamaya bilər

İspaniya millisinin futbolçusu "Qarabağ"a qarşı oynamaya bilər İspaniyanın Sevilya komandası UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Qarabağla səfər matçının hazırlıqlarına start verib.
Futbol
16 Sentyabr , 2019 14:47
İspaniya millisinin futbolçusu Qarabağa qarşı oynamaya bilər

İspaniyanın "Sevilya" komandası UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la səfər matçının hazırlıqlarına start verib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, La Liqanın IV turunda "Alaves"lə oyunda meydanda olan futbolçular bərpa məşqləri ilə kifayətlənib. Andalusiya təmsilçisinin hücumçusu Nolito əzələ zədəsini sağaltmaq üçün tək məşq edib. İspaniya millisinin şərəfini qoruya oyunçunun Ağdam komandasına qarşı oynayıb-oynamayacağı bəlli deyil. 

"Sevilya"nın üçün Bakıya sabah gələcəyi bildirilir.

Qeyd edək ki, "Sevilya" "Alaves"i 1:0 hesabı ilə məğlub edib və 10 xalla İspaniya çempionatında vahid liderdir. Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi