İspaniya millisinin futbolçusu İsko Alarkona qarşı bıçaqla hücum olub

İspaniya millisinin futbolçusu İsko Alarkona qarşı bıçaqla hücum olub Hadisə İsrail yığması ilə oyundan sonra baş verib
Futbol
10 Oktyabr , 2017 15:17
İspaniya millisinin futbolçusu İsko Alarkona qarşı bıçaqla hücum olub

Bakı. 10 oktyabr. REPORT.AZ/ İspaniya millisinin futbolçusu İsko Alarkona qarşı bıçaqla hücum olub.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, hadisə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə səfər matçı başa çatandan dərhal sonra yaşanıb.

Yerusəlimdəki “Teddi” stadionunda keçirilən oyununun final fitindən sonra yerli komandanın 6 azarkeşi meydana girib. Onlardan biri qrupdan ayrılaraq əlindəki bıçaqla “Real Madrid”in yarımmüdafiəçisinə tərəf qaçıb. Lakin İskoya yaxınlaşan zaman fanat soyuq silahı əlindən yer salıb və polis tərəfindən saxlanılıb.

Onunla yanaşı, digər 5 nəfər də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə götürülüblər.

Qeyd edək ki, oyun İspaniya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xulen Lopoteqinin rəhbərlik etdiyi kollektiv 28 xalla qrup qalibi kimi mundiala vəsiqə qazanıb. İsrail yığması isə 12 xalla 4-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi