İspaniya La Liqasının bəzi matçları ABŞ və Kanadada keçiriləcək

İspaniya La Liqasının bəzi matçları ABŞ və Kanadada keçiriləcək Bakı. 16 avqust. REPORT.AZ/ İspaniya La Liqasının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək.
Futbol
16 Avqust , 2018 15:29
İspaniya La Liqasının bəzi matçları ABŞ və Kanadada keçiriləcək

Bakı. 16 avqust. REPORT.AZ/ İspaniya La Liqasının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək. 

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib. 

Rəhbərlik çempionatın bəzi oyunlarının 15 il ərzində bu ölkələrdə keçirilməsi üçün "Relevant" şirkəti ilə razılığa gəlib. Müqavilə növbəti mövsümdə "Barselona" və "Real Madrid"in bəzi oyunlarının ABŞ-da keçiriləcəyi maddədən ibarətdir. 

La Liqa prezidenti anlaşma ilə bağlı fikirlərini bölüşüb: "Biz bütün dünyada futbola olan marağı artırmaq üçün çalışırıq. Bu inqilabi saziş, şübhəsiz ki, ABŞ və Kanadada bu gözəl idman növünün populyarlığına böyük təkan verəcək" 

Qeyd edək ki, İspaniya La Liqası avqustun 17-də start götürəcək. 

Son xəbərlər

Orphus sistemi