İspaniya La Liqası yaya qədər bərpa olunmaya bilər - RƏSMİ AÇIQLAMA

İspaniya La Liqası yaya qədər bərpa olunmaya bilər - RƏSMİ AÇIQLAMA Hazırda peşəkar futbolun yaydan əvvəl qayıdacağını söyləmək ağılsızlıq olar.
Futbol
26 aprel 2020 17:25
İspaniya La Liqası yaya qədər bərpa olunmaya bilər - RƏSMİ AÇIQLAMA

"Hazırda peşəkar futbolun yaydan əvvəl qayıdacağını söyləmək ağılsızlıq olar". 

"Report" AP-yə istinadən xəbər verir ki, bunu İspaniyanın səhiyyə naziri Salvador İlya deyib. 

O, bildirib ki, virusun təkamülünü izləməyə davam edəcəklər və verəcəkləri tövsiyələr müxtəlif fəaliyyətlərin normal həyata qayıda biləcəyini göstərəcək.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus səbəbindən dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi