İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib - VİDEO

İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib - VİDEO Meydan sahiblərinin dəqiq zərbələrinə Alvaro Morata, Xames, İsko, Kazemiro və dublla Xames cavab verib
Futbol
27 Aprel , 2017 02:10
İspaniya La Liqası: Real Deportivonu böyük hesabla məğlub edib - VİDEO

Bakı. 27 aprel. REPORT.AZ/ İspaniya La Liqasında XXXIV turun oyunları keçirilib.

"Report" xəbər verir ki, ötən həftə "Barselona"ya məğlub olmuş "Real" "Deportivo"nun qonağı olub.

Turun ən maraqlı oyunlarından sayılan qarşılaşma qonaqların 2:6 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərini təmsil edən Florin Andonenin və Joselunun dəqiq zərbələrinə qonaqlardan Alvaro Morata, Xames, İsko, Kazemiro və dublla Xames cavab verib.

Hazırda paytaxt klubu İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. O, bir sıra göstəricilərinə görə "Barcelona"dan geri qalır. Bu baxımdan madridlilərin hələ 1 ehtiyat oyunu var. "Deportivo" isə 16-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi