İspaniya Kubokunun növbəti 4 finalı bu stadionda olacaq

İspaniya Kubokunun növbəti 4 finalı bu stadionda olacaq İspaniya Kubokunun final matçının keçiriləcəyi stadion bəlli olub.
Futbol
5 Fevral , 2020 20:04
İspaniya Kubokunun növbəti 4 finalı bu stadionda olacaq

İspaniya Kubokunun final matçının keçiriləcəyi stadion bəlli olub.

"Report" İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma aprelin 18-də Sevilya şəhərindəki Olimpiya stadionunda baş tutacaq.

Arena bundan sonra daha üç finala da ev sahibliyi edəcək. Stadion 57 mindən çox azarkeş tutumuna malikdir.

Qeyd edək ki, İspaniya Kubokunun 1/4 final mərhələsində "Qranada" "Valensiya"nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Digər matçlarda "Mirandes" "Vilyarreal"la, "Real Madrid" "Real Sosyedad"la, "Barselona" isə "Atletik"(Bilbao) ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi