İspaniya kubokunun finalı başqa şəhərdə keçirilə bilər

İspaniya kubokunun finalı başqa şəhərdə keçirilə bilər Futbol üzrə İspaniya Kubokunun 2019/20 mövsümünün final matçı Sevilyadan başqa şəhərə keçirilə bilər.
Futbol
26 Aprel , 2020 10:25
İspaniya kubokunun finalı başqa şəhərdə keçirilə bilər

Futbol üzrə İspaniya Kubokunun 2019/20 mövsümünün final matçı Sevilyadan başqa şəhərə keçirilə bilər.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri bildirib.

Qeyd edilir ki, kubok uğrunda "Real Sosedad" “Atletik” oynamalıdır. Əvvəlcə qəbul edilmiş qərara əsasən matç aprelin 18-də Sevilyada olmalı idi.

Məlumata görə, görüşün avqustun 5-də baş tutacağı gözlənilir. Matç koronavirus pandemiyasına görə tamaşaçısız keçiriləcək.

Beləliklə, "Real Sosedad" və "Atletik" matçının yaxın şəhərlərdən birinin stadionunda keçirilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi