İspaniya Kubokunda ilk finalçı müəyyənləşib - VİDEO

İspaniya Kubokunda ilk finalçı müəyyənləşib - VİDEO "Sevilya"nın rəqibi bu gecə məlum olacaq
Futbol
8 Fevral , 2018 09:23
İspaniya Kubokunda ilk finalçı müəyyənləşib - VİDEO

Bakı. 8 fevral. REPORT.AZ/ "Sevilya" klubu futbol üzrə İspaniya Kubokunda ilk finalçı olub. 

"Report"un məlumatına görə, əndəlüslər yarımfinal mərhələsinin cavab görüşündə "Leqanes"i 2:0 hesabı ilə yeniblər. Qolları 15-ci dəqiqədə Xoakin Korrea, 89-cu dəqiqədə sə Franko Vaskes vurub. Bu komandalar arasındakı ilk oyunda heç-heçə qeydə alınmışdı - 1:1.

"Sevilya"nın finaldakı rəqibi bu axşam "Valensiya" - "Barselona" matçından sonra müəyyənləşəcək. İlk görüşdə "Barsa" qalib gəlib - 1:0. 

Son xəbərlər

Orphus sistemi