İspaniya Kuboku: "Barselona" 1/4 finalın ilk oyununda "Real Sosyedad"ı məğlub edib

İspaniya Kuboku: "Barselona" 1/4 finalın ilk oyununda "Real Sosyedad"ı məğlub edib San-Sebastyanda keçirilən görüş qonaqların minimal qələbəsi ilə başa çatıb
Futbol
140
20 Yanvar , 2017 05:49
İspaniya Kuboku: Barselona 1/4 finalın ilk oyununda Real Sosyedadı məğlub edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya Kubokunun ¼ final mərhələsinin ilk oyununda "Real Sosyedad"ı 1:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, görüş San-Sebastyan şəhərinin "Anoeta" stadionunda keçirilib.

Matçda yeganə qolu 11 metrlik cərimə zərbəsindən Neymar vurub (21-ci dəqiqə).

Cavab görüşü yanvarın 26-da Barselonanın "Kamp Nou" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi