Bakı. 12 yanvar. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya Kuboku çərçivəsində "Atletik" (Bilbao) üzərində qələbə qazanıb və iki oyunun nəticəsinə görə, 1/4 final mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, cavab qarşılaşması Barselona şəhərindəki "Kamp Nou" stadionunda keçirilib və ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Barselon"ın heyətində Luis Suares (35-ci dəqiqə), Neymar (48, penaltidən) və Lionel Messi (78) fərqləniblər. Qonaqların yeganə qolunu Enrik Saborit (51) vurub. İlk 1/8 final oyunu "Atletik"in 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Luis Suares bütün turnirlərdə 120 oyun keçirdiyi "Barselona"nın heyətində 100-cü qolunu vurub.