İspaniya komandası Rusiya klubundan FİFA-ya şikayət edib

İspaniya komandası Rusiya klubundan FİFA-ya şikayət edib Bakı. 12 iyun. REPORT.AZ/ İspaniyanın Qranada komandası Rusiyanın Rubin klubundan FİFA-ya şikayət edib.
Futbol
12 İyun , 2018 19:27
İspaniya komandası Rusiya klubundan FİFA-ya şikayət edib

Bakı. 12 iyun. REPORT.AZ/ İspaniyanın "Qranada" komandası Rusiyanın "Rubin" klubundan FİFA-ya şikayət edib. 

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, İspaniya təmsilçisi 2016-cı ildə Ruben Ruçina transferinin məbləğinin tam ödənilmədiyini iddia edir. 

"Qranada" klubunun idman direktoru Antonio Fernandesin sözlərinə görə, Kazan təmsilçisi 27 yaşlı hücumçunun keçidi üçün 10 milyon avro təzminat ödəməyi qəbul edib. Amma komanda İspaniya klubunun hesabına 6 milyon avro ödəyib.

Son xəbərlər

Orphus sistemi